Kamal Umudlu Dinamo nun matçına təyinat aldı

27.07.2026

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın FİFA referisi Kamal Umudlu təyinat alıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Dinamo Siti” (Albaniya) – “Aluminiy” (Sloveniya) qarşılaşmasının baş hakimi olacaq.

Referiyə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Oyun iyulun 30-da Elbasan şəhərinin eyniadlı stadionunda, saat 23:00-da başlayacaq.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью