Kamal Umudlu hamıdan amansızdır Hakimliyin mənzərəsi

21.09.2026

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli Premyer Liqasında 6 tur geridə qalıb. Keçirilən 34 oyunda ("Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" görüşləri təxirə salınıb) 15 referi iş başında olub. 

Fanat.Az-ın hesablamasına görə, son turda Əliyar Ağayev, Kamal Umudlu, İnqilab Məmmədov, Rəvan Həmzəzadə, Vüqar Həsənli və Cavid Cəlilov oyun idarə edib.

Əliyar, İnqilab, Kamal və Rəvanın bu turda baş hakim kimi təyinat alması Tural Qurbanovun vahid liderliyinə son qoyulması ilə nəticələnib. Beləliklə, təyinat sayı baxımından "beşhakimiyyətlik" yaranıb. Onların hər biri 6 turdan 3-də iş başında olub. Hesablarında 2 oyun olan referilərin sayı isə 9-dur. Elvin Bayramov isə hamıdan az - cəmi 1 oyuna təyinat alıb. 

Cari turda bir futbolçuya qırmızı vərəqə göstərilib. Kamal Umudlu "İmişli"nin futbolçusu Luis Silvestri "Sabah"la oyunun son dəqiqələrində meydandan qovub. Bu, FİFA referisinin bu mövsüm "qırmızı"ya əl atdığı ikinci belə haldır.
Sarı vərəqələrin sayında ötən turla müqayisədə xeyli artım müşahidə olunub. Hakimlər cari turda 27 vərəqədən istifadə ediblər. Qeyd edək ki, 1-ci turda bu rəqəm 24, 2-ci və 3-cü turun hər birində 17, 4-cü turda 33, 5-ci turda 16 olub. Bundan başqa, 1-ci turda 1, 3-cü turda 2, 6-cı turda 1 futbolçu meydandan qovulub. 

Beləliklə, 6-cı turda 27-si sarı və 1-i qırmızı olmaqla, göstərilən 28 vərəqədən 7-si meydan sahiblərinə, 21-i (1-i qırmızı) isə qonaq komandanın oyunçularına göstərilib. İlk 6 tur ərzində müvafiq göstərici belədir: 59 sarı (1 qırmızı) - 75 sarı (3 qırmızı). 

Beləliklə, 6 turun yekununda sarı vərəqə sayı 134-ə çatıb. Nəticədə ümumi vərəqə sayı 138-a bərabər olub. Bu da orta hesabla hər turda 23, hər oyunda təxminən 4,1 vərəqə deməkdir.  

Altı tur ərzində FİFA referisi Kamal Umudlu o birilərdən çox əlini cibinə atıb. O, 19 vərəqədən istifadə edib ki, bunun 2-nin rəngi qırmızı olub. Onu 15 vərəqədən yararlanan İnqilab Məmmədovi təqib edir. 

Kamal Umudlu - 3 oyun

meydan sahibi    7 sarı   1 qırmızı
qonaqlar    10    1
cəmi:    17   2

İnqilab Məmmədov - 3 oyun

meydan sahibi 7   0
qonaqlar    8    0
cəmi:    15    0

Əliyar Ağayev - 3 oyun

meydan sahibi    4          0 
qonaqlar             6          0
cəmi:                  10          0

Rəvan Həmzəzadə - 3 oyun

meydan sahibi    1    0
qonaqlar    8    0
cəmi:    9    0

Tural Qurbanov - 3 oyun

meydan sahibi 4    0 
qonaqlar    3    0
cəmi:    7    0

Vüqar Həsənli - 2 oyun 

meydan sahibi 6   0
qonaqlar    5    0
cəmi:   11    0

Elçin Məsiyev - 2 oyun

meydan sahibi 5   0
qonaqlar    4    1
cəmi:    9    1

Kamranbəy Rəhimov - 2 oyun 

meydan sahibi 5   0
qonaqlar    5    0
cəmi:   10      0

Rauf Cabarov - 2 oyun

meydan sahibi 5   0
qonaqlar    4    0
cəmi:    9    0

Əli Əliyev - 2 oyun

meydan sahibi    4          0 
qonaqlar             5          0
cəmi:                  9          0

Rəşad Əhmədov - 2 oyun

meydan sahibi   4      0 
qonaqlar            4      0
cəmi:                 8       0

Fərid Hacıyev - 2 oyun

meydan sahibi   3      0 
qonaqlar            3      1
cəmi:                 6       1

Cavid Cəlilov - 2 oyun

meydan sahibi 1   0
qonaqlar    6    0
cəmi:   7      0

Nicat İsmayıllı - 2 oyun

meydan sahibi 1   0
qonaqlar    2    0
cəmi:    3    0

Elvin Bayramov - 1 oyun

meydan sahibi  2    0
qonaqlar    2    0
cəmi:    4    0

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью