Kamal Umudlu Slovakiya İngiltərə oyununun baş hakimi olacaq

16.11.2025

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Kamal Umudlu U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya - İngiltərə qarşılaşmasının baş hakimi olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
Noyabrın 18-də Preşov şəhərində yerləşən "Tatran" stadionunda keçiriləcək D qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью