Kamal Umudlu UEFA Gənclər Liqasının oyununda

22.11.2024

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Umudlu UEFA Gənclər Liqasının V turu çərçivəsində keçiriləcək “Şturm” (Avstriya) – “Girona” (İspaniya) oyununun baş hakimi olacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını bolqarıstanlı Emil Ristoskov yerinə yetirəcək.

Noyabrın 27-də Sankt Veit an der Qlan şəhərində yerləşən “Cek Lemans Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью