Kamal Umudlu yeni təyinat alıb

22.11.2024

Icma.az, Apasport portalına istinadən məlumat verir.

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının V turu çərçivəsində keçiriləcək “Şturm” (Avstriya) – “Jirona” (İspaniya) oyununun baş hakimi olacaq.

K.Umudluya Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını bolqarıstanlı Emil Ristoskov yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 27-də Avstriyanın Sankt Veit an der Qlan şəhərində yerləşən “Cek Lemans Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Deni Qaysumov: "Azərbaycan millisinin oyununda stabillik yoxdur" AFFA-nın liqalarında növbəti turun təqvimi açıqlanıb "Kəpəz" klubunun futbolçusu əməliyyat olunub Yusif Nəbiyev: "Yığmanın bu durumunda bütün azərbaycanlı futbolçuların günahı var" AFFA Premyer Liqa klubunun qapıçısını milliləşdirəcək - Özəl
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью