Kamal Umudlunu Gürcüstana aparan səbəb

22.07.2025

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "İberiya" (Tbilisi, Gürcüstan) – "Levadiya" (Estoniya) qarşılaşmasının baş hakimi olacaq.

Umudluya Namik Hüseynov və Vusal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 29-da Gürcüstan paytaxtındakı Mixail Mesxi adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью