Kamal Umudluya avrokubok təyinatı Albaniyada fit çalacaq

27.07.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək oyuna təyinat alıb.

Apasport.az xəbər verir ki, o, “Dinamo Siti” (Albaniya) – “Aluminiy” (Sloveniya) qarşılaşmasının baş hakimi olacaq.

Kamal Umudluya Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, cavab görüşü iyulun 30-da Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

"Bavariya" Saşa Boey ilə yollarını ayırır – Rəsmi açıqlama AL: "Qarabağ"ın oyununu izləmək istəyənlərin diqqətinə ÇL: “Neftçi” PAOK-la qarşılaşacaq “Kəpəz”dən növbəti transfer “Karvan-Yevlax”da yeni müqavilə - RƏSMİ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью