Kamal Umudluya növbəti beynəlxalq təyinat

05.10.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

FIFA referesi Kamal Umudlu U-21 Avropa çempionatının seçmə mərhələsində keçiriləcək İsveç – Şimali Makedoniya oyununa təyinat alıb. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.   Ona Namiq Hüseynov  və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Əli Əliyev yerinə yetirəcək.   Qeyd edək ki, oktyabrın 5-i Falkenberq şəhərində yerləşən "Falkon Alkoxolfri Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə 20:30-da başlayacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью