Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nın keçmiş vitse-prezidenti Kamala Harris 2026-cı ildə Kaliforniya qubernatorluğuna namizədliyini irəli sürməyi planlaşdırır.
Reyting.az xəbər verir ki, bu barədə “The New York Times” özəl mənbələrinə istinadla yazıb.
Qeyd olunur ki, gələn il demokrat Gavin Nevsom istefa verdikdən sonra bu kürsü boş qalacaq.
Xatırladaq ki, Kaliforniya ştatında seçkilər noyabrın 3-nə təyin edilib.
Harris partiyadaşlarına deyib ki, o, Kaliforniya qubernatoru kimi prezident Trampa qarşı dura və demokratik dəyərləri müdafiə edə biləcək.
E. KAMAL