Kamala Harris seçkidə niyə səs itirdi? AÇIQLAMA

06.11.2024

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris İsrailin Qəzza zolağındakı hərəkətlərini dəstəklədiyi üçün çoxlu səs itirib.

Azpost.info xəbər verir ki, bu barədə Yaşıllar Partiyasının prezidentliyə namizəd olmuş Cil Steyn (38 ştatda qeydiyyatdan keçmiş) bildirib.

“Harris sadəcə olaraq İsrailə silah embarqosu qoyulmasını tələb edə bilərdi. Amma bu, onun seçimi idi”, – Steyn bildirib.

Onun sözlərinə görə, ABŞ ən böyük zorakılıq ixracatçısı olub və sadə amerikalıların problemlərini həll etmək üçün kifayət qədər vəsait olmasa da, Konqres büdcəsinin yarısı silaha xərclənir”.

“Harris ABŞ xalqının dəstəyini almadı, çünki o, amerikalıları onların problemlərini həll edəcəyinə inandırmadı”, – Steyn bildirib.

Azpost.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью