Kamala Harrisin iqamətgahı yana bilər KONKRET

08.01.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Güclü  küləklər Kaliforniyada yeni meşə yanğınlarına səbəb olub və indi Los-Ancelesdə bir çox məşhur insanların yaşadığı Pacific Palisades məhəlləsi məhv olmaq  təhlükəsi ilə üzləşib.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, 30 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. ABŞ-nin vitse-prezidenti Kamala Harrisin bu məhəllədə yerləşən evi təhlükəli zonadadır. Harris hazırda Vaşinqtonda yaşasa da, arada Los-Ancelesdəki iqamətgahına da baş çəkir. Bölgədə baş verən və güclü yanğından sonra Sakit okean Palisadesindəki təxliyə zonası genişləndirilib.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью