“Kamala Harrisin işi bitdi” Medvedev AzPolitika onlayn siyasiictimai qəzet

06.11.2024

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-dəki prezident seçkilərinin nəticələri ilə bağlı “Telegram” hesabından paylaşım edib.

“AzPolitika” xəbər verir ki, Medvedev sözügedən paylaşımında seçkidə respublikaçı rəqibi Donald Trampa məğlub olan ABŞ-nin vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi hədəf alıb və bunları yazıb: 

“Kamala Harrisin işi bitdi. Qoyun o, gülməyə davam etsin. Ukraynadakı xüsusi hərbi əməliyyatın məqsədləri dəyişməz olaraq qalacaq və biz bu məqsədlərimizə çatacayıq".

“AzPolitika.info” 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью