Kamalə Günəşli saxlanılıb KONKRET

04.02.2026

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Müğənni Kamalə Günəşli saxlanılıb.

KONKRET.az “Azərbaycan Reallığı”na istinadən xəbər verir ki, ilkin məlumatlara görə, onun saxlanılmasına səbəb kimi son dövrlər sosial şəbəkələrdə və səhnə çıxışlarında nümayiş etdirdiyi, bəzi dairələr tərəfindən qeyri-etik hesab olunan performanslar göstərilir.

Lakin məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik hər hansı açıqlama verilməyib.

Bildirilib ki, müğənninin son çıxışları sosial mediada geniş müzakirələrə səbəb olub, bir sıra istifadəçilər tərəfindən tənqid edilib.

Hazırda hadisənin detalları dəqiqləşdirilir. Əlavə məlumat əldə olunduqca ictimaiyyətə təqdim ediləcəyi qeyd olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью