Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək

07.09.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

Bakıda kamandan oxatma üzrə şəhər çempionatı təşkil olunacaq.

Apasport.az xəbər verir ki, yarış sentyabrın 18-20-də baş tutacaq.

Hövsan Olimpiya İdman Kompleksinin stadionunda beynəlxalq standartlara uyğun Olimpiya sistemi əsasında keçiriləcək çempionatda 50-yə yaxın idmançı birincilik uğrunda mübarizə aparacaq.

Yarışda U-15 kateqoriyası üzrə idmançılar 40 metr, böyüklər isə 70 metr məsafədən hədəfi nişan alacaqlar.

Proqrama əsasən, sentyabrın 18-də məşq və sınaq atışları, 19-da təsnifat və əsas seçmə mərhələləri, 20-də isə final qarşılaşmaları keçiriləcək. Son gündə qaliblərin mükafatlandırılması mərasimi də təşkil olunacaq.

Qeyd edək ki, çempionatda yüksək nəticə göstərən oxatanlar diplom və medallarla təltif ediləcəklər.

“İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью