Kamavinga 50 milyon avroluq təklifə görə “Real”ı tərk etməyib

12.09.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Madrid “Real”ının futbolçusu Eduardo Kamavinqa yay transfer pəncərəsində klubunu dəyişməkdən imtina edib.

İdman.Biz “The Touchline”a istinadən xəbər verir ki, iyul ayında “Qalatasaray” 23 yaşlı futbolçu üçün təxminən 50 milyon avro (100 milyon manat) ödəməyə hazır olub.

İnsayder Matteo Morettonun məlumatına görə, Kamavinqanın özü İstanbul klubuna keçiddə maraqlı olmayıb və karyerasını “Real”da davam etdirmək qərarına gəlib.

Fransalı futbolçu 2021-ci ildən Madrid klubunda çıxış edir. Onun “Real”la hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Yarımmüdafiəçinin bazar dəyəri “Transfermarkt” tərəfindən 50 milyon avro qiymətləndirilir.

Qeyd olunur ki, ötən yay Kamavinqaya “Mançester Yunayted”, “Çelsi”, “Liverpul” və “Mançester Siti”nin də maraq göstərib.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью