“Kamaz” “TIR”la toqquşdu

07.07.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncədə yük maşınları qəza törədib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Səbuhi Əliyev küçəsində qeydə alınıb.

Belə ki, “Kamaz” markalı yük maşını “TIR”la toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır.

Yunis Quliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью