Kamaz yolda dəhşət saçdı: 1 ölü, 2 yaralı

15.02.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün saat 17 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində hərəkətdə olan KamAZ markalı avtomobil əvvəlcə yolun kənarındakı piyadanı vurub, daha sonra isə traktora çırpılıb.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticədə piyada aldığı xəsarətlərdən ölüb, KamAZ və traktorun sürücüsü xəsarət alıblar.

Ölümlə və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью