Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Bibiheybət yolunda qaydaları jobud şəkildə pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, 10-FK-566 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşınının sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxıb. Ardınca o, işıqforun qırmızı işığında dayanmadan hərəkətini davam etdirib.
Nəticədə sürücü qarşıdan gələn avtomobil üçün qəza şəraiti yaradıb. Daha sonra öz zolağına qayıdan “KamAZ” sürücüsü bu dəfə də həmin zolaqda hərəkət edən avtomobilin qarşısında təhlükəli manevr edib.
Nərmin
bax.tvhttps://bax.tv/embed/228568.html