Kamboca əhalisinin 2050 ci ilədək 24 milyona çatacağı proqnozlaşdırılır

13.07.2026

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kambocanın əhalisinin 2050-ci ilədək təxminən 24 milyona çatacağı proqnozlaşdırılır.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Baş nazir Hun Manet Ümumdünya Əhali Günü münasibətilə yaydığı müraciətdə bildirib. Baş nazir vurğulayıb ki, Kambocanın yetkin və yaşlı əhalisi arasında əhəmiyyətli artım müşahidə olunacaq.

Hun Manet bu demoqrafik dəyişikliklərin iqtisadi inkişafın davamlılığı üçün gənclərə investisiyaların və ixtisaslı işçi qüvvəsinin hazırlanmasının vacibliyini artırdığını qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью