Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Tailand-Kamboca sərhədində baş verən toqquşmalarda 9 tailandlı mülki şəxs həlak olub.
APA Tailand ordusuna istinadən xəbər verir ki, ölüm halları sərhəddə yerləşən üç əyalətdə qeydə alınıb və onların arasında 8 yaşlı uşaq da var.
Xəsarət alanların sayı isə 14 nəfərdir.
Kamboca tərəfdən itkilərlə bağlı məlumat verilməyib.