Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Petropavlovsk-Kamçatskidə gecə yol patrulu zamanı təlimatların icrasının qiymətləndirilməsindən sonra qeyri-adi qar yağışının nəticələrinin aradan qaldırılmasında Rusiya hökumətindən kömək istəmək qərarına gəldim.
Axar.az xəbər verir ki, bu barədə Kamçatka diyarının qubernatoru Vladimir Solodov sosial şəbəkə hesabında yazıb.
"Yol işçiləri mümkün qədər səfərbər olublar - çoxlu sayda texnika işlək vəziyyətdədir və insanlar əldən düşənə qədər işləyirlər.
Lakin obyektiv şəkildə etiraf etmək lazımdır ki, Kamçatkada hazırda lazımi ixtisaslaşmış nəqliyyat vasitələri yoxdur.
Kamçatkaya bu cür avadanlıqların ayrılması üçün Prezidentin səlahiyyətli nümayəndəsi Yuri Petroviç Trutnevin dəstəyini əldə etdim”, - o bildirib.
Qeyd edək ki, Kamçatkada bu il rekord səviyyədə yağan qar və sovuruq səbəbindən ciddi çətinliklər yaranıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.