Kamçatka sahilində iki güclü zəlzələ olub

26.09.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kamçatka (Rusiya) sahillərində 5.8 və 6 maqnitudalı iki yeraltı təkan qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Bildirilir ki, 5.8 maqnitudalı zəlzələ Petropavlovsk-Kamçatsk şəhərindən 204 km məsafədə baş verib, ocağı 10 km dərinlikdə yerləşib. Maqnitudası 6 olan digər yeraltı təkan isə vilayət mərkəzindən 210 km məsafədə, 16.6 km dərinlikdə baş verib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью