Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Rusiyanın Kamçatka yarımadasının şərq sahillərində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanlar noyabrın 11-də yerli vaxtla saat 13:01-də baş verib. Zəlzələnin episentri təxminən 187 min nəfərin yaşadığı Petropavlovsk-Kamçatskidən 52 kilometr şimal-şərqdə yerləşib. Ocaq 60 kilometr dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.