Kamçatka sahillərində ard arda iki güclü zəlzələ baş verib

15.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Kamçatka sahillərində 6,0 və 5,7 maqnitudalı iki zəlzələ qeydə alınıb.

XQ xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının (REA) Vahid Geofizika Xidməti məlumat yayıb. Məlumata əsasən, hər iki zəlzələ iyulun 15-də cəmi altı dəqiqəlik fasilə ilə baş verib. Qeyd olunur ki, yeraltı təkanların episentrləri Petropavlovsk-Kamçatski şəhərindən cənub-şərqdə yerləşən dəniz akvatoriyasında qeydə alınıb. 6,0 maqnitudalı ilk zəlzələ şəhərdən 210 kilometr aralıda, ocağı 64,6 kilometr dərinlikdə olmaqla qeydə alınıb. Ondan cəmi altı dəqiqə sonra baş verən 5,7 maqnitudalı ikinci yeraltı təkanın episentri isə Petropavlovsk-Kamçatskdan 206 kilometr məsafədə, 72 kilometr dərinlikdə yerləşib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью