Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

01.10.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 1 oktyabr, AZƏRTC

Kamçatkanın şərq sahillərində, Sakit okean akvatoriyasında bir neçə dəqiqəlik fasilə ilə ən güclüsü 5,6 maqnitudada olmaqla üç zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının (REA) Vahid Geofizika Xidmətinin regional bölməsi məlumat yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zəlzələ regional paytaxtda və Vilyuçinsk şəhərində 3,0 bal gücündə hiss olunub.

Sunami xəbərdarlığı verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью