Kamçatka yaxınlığında iki zəlzələ qeydə alınıb

15.07.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kamçatka sahillərində 6,0 və 5,7 maqnitudalı iki zəlzələ qeydə alınıb.

"Report" Rusiya Elmlər Akademiyasının (REA) Vahid Geofizika Xidmətinə istinadən xəbər verir ki, hər iki zəlzələ iyulun 15-də altı dəqiqə fasilə ilə baş verib.

Qeyd olunur ki, yeraltı təkanların episentrləri Petropavlovsk-Kamçatskdan cənub-şərqdəki akvatoriyada yerləşib.

6,0 maqnitudalı ilk zəlzələ şəhərdən 210 km aralıda, 64,6 km dərinlikdə qeydə alınıb. 5,7 maqnitudalı ikinci yeraltı təkan Petropavlovsk-Kamçatskdan 206 km aralıda, 72 km dərinlikdə baş verib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью