Kamçatkada 10 dəqiqə ərzində beş zəlzələ qeydə alınıb

30.07.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın Kamçatka diyarında təxminən 10 dəqiqə ərzində beş zəlzələ qeydə alınıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların gücü 5, 4.8, 4.8, 5.3 və 6 maqnitudalı olub.

Bütün hallarda yeraltı təkanların hiss edildiyinə dair hələ heç bir məlumat daxil olmayıb.

Yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 3:24) Sakit okeanda Kamçatka yaxınlığında 8.8 bal gücündə zəlzələ baş verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью