Kamçatkada 43 yeraltı təkan qeydə alındı

09.08.2025

Icma.az, News24 saytına istinadən bildirir.

Seysmoloqlar son 24 saat ərzində Rusiyanın Kamçatka yarımadasında 43 yeraltı təkan qeydə alıblar.

News24.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, müvəqqəti yerləşdirmə mərkəzləri Petropavlovsk-Kamçatski və Vilyuçinskdə fəaliyyətini davam etdirir. Son 24 saat ərzində onların içərisində 61 nəfər olub.

İyulun 30-da Kamçatkada zəlzələ baş verib. Zəlzələnin maqnitudası 8,8-ə çatıb, bu seysmik hadisə 1952-ci ildən bəri regionda ən güclü zəlzələ olub. Diyar sakinlərinə sunami təhlükəsi barədə xəbərdarlıq edilib, Severo-Kurilsk rayonunda fövqəladə vəziyyət elan edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью