Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın Kamçatka diyarında yükdaşıma həyata keçirən An-2 təyyarəsi radarlardan yoxa çıxıb.
“Report” yerli “Kamçatskoye vremya” agentliyinə istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin region üzrə naziri Sergey Lebedev açıqlayıb.
“Hadisə var. An-2 yük daşıyan kommersiya təyyarəsi itib. İstiqamət Milkovo – Ossora olub. İlkin məlumata görə, təyyarədə sərnişin yoxdur və qəza sensoru işə düşüb”, – nazir bildirib.
Agentlik qeyd edib ki, An-2 təyyarəsində üç ekipaj üzvü var. Təyyarə qızıl hasilatı müəssisələrindən biri üçün yük daşıyırdı.