Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Kamçatka diyarında Mi-8MTV-1 helikopterinin qəzaya uğraması nəticəsində üç ekipaj üzvü xəsarət alıb.
"İnterfax" xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə oktyabrın 6-da Jupanova çayının sahilində yerləşən turizm bazasına helikopterin enişi zamanı baş verib. Helikopter aşıb və nəticədə zədələnib.
Helikopter “Kamçatka Aviasiya Müəssisəsi”nə məxsus olub və Petropavlovsk-Kamçatski – Jupanova bazası – Petropavlovsk-Kamçatski marşrutu üzrə uçuş həyata keçirib.