Kamçatkada iki vulkana narıncı təhlükə kodu verildi

05.08.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyada Klyuçevsk və Kraşeninnikov vulkanlarına "narıncı" təhlükə səviyyəsi elan edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Kamçatka diyarı üzrə Fövqəladə Hallar Nazirliyinin baş idarəsi məlumat yayıb.

Bildirilir ki, Klyuçevsk vulkanından püskürən külün şleyfi cənub-şərq istiqamətində, Kraşeninnikovdan isə şimal-şərq istiqamətində Sakit okean tərəfə yayılıb.

Qurumda qeyd ediblər ki, vulkanlara dırmanmaq, həmçinin onların ətrafını ziyarət etmək tövsiyə olunmur.

Xatırladaq ki, iyulun 30-da Kamçatka sahillərində 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Paralel olaraq, yarımadada Klyuçevskaya Sopka vulkanı püskürməyə başlayıb.

Hazırda Kamçatkada yeddi vulkanın aktivliyi müşahidə olunur. Avqustun 3-də Avaçinski, Klyuçevsk, Bezımyannı, Kambalnı və Karımski vulkanlarına Kronotski qoruğundakı Kraşeninnikov vulkanı, avqustun 4-də isə Mutnovski vulkanı qoşulub.

"Narıncı" kod - vulkan müşahidəsi və xəbərdarlıq sistemində dörd koddan üçüncüsüdür (bundan sonra ən yüksək -"qırmızı" təhlükə səviyyəsi gəlir). Bu o deməkdir ki, vulkan aktivdir və kül püskürməsi ehtimalı yüksəkdir, ya da artıq püskürmə başlayıb, amma azdır. Bu, aviasiya üçün riskli vəziyyətdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью