Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Kamçatka diyarında yerləşən Şiveluç vulkanında baş verən püskürmədən sonra Tiqilski bələdiyyə dairəsinin yaşayış məntəqələrində vulkan külünün düşməsi mümkündür.
APA xəbər verir ki, bu barədə Rusiya FHN-in Kamçatka üzrə Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, Şiveluç vulkanında kül püskürməsi şənbə günü səhər saatlarında müşahidə olunub və püskürmə sütununun hündürlüyü 10,5 kilometrə çatıb.