Kamçatkada üç gün öncə radarlardan itmiş təyyarə tapılıb

22.12.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

Rusiyanın Kamçatka diyarında üç gün öncə radarlardan itmiş An-2 təyyarəsi tapılıb.

“Report” xəbər verir ki, bu barədə regionun fövqəladə hallar naziri Sergey Lebedev sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, hava gəmisinin göyərtəsində olan hər kəs sağdır. Onlar Mi-8 helikopteri ilə ərazidən təxliyə ediliblər.

Xatırladaq ki, dekabrın 19-da Lebedev yükdaşıma həyata keçirən An-2 təyyarəsinin radarlardan yoxa çıxdığını elan etmişdi.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью