Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Kamçatkada Bezımyannı vulkanı ətrafa kül püskürüb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
Bakı vaxtı ilə 17.00-da aktivləşən vulkanın püskürdüyü kül 11,4 km hündürlüyə qalxıb.
Kül buludu şərq və şimal-şərq istiqamətində 70 km areala yayılıb. Ust-Kamçatsk qəsəbəsinin sakinlərinə küldən qorunmaq üçün maskalar paylanılıb. Ərazidən uçan təyyarələrə xəbərdarlıq edilib.
Qeyd edək ki, mütəxəssislər yaxınlarda Bezımyannı vulkanının daha da aktivləşəcəyini, külün 15 km hündürlüyə qalxacağını proqnozlaşdırırlar.
L.Tağıyeva