Kamera və Orqan Musiqisi Zalında Əməkdar artist Fuad İbrahimovun konsert proqramı təqdim olunub

01.02.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 fevral, AZƏRTAC

Bakı Dövlət Kamera Orkestrinin müşayiəti, baş dirijor Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Kamera və Orqan Musiqisi Zalında lirik və yüksək emosional çalarlarla zəngin konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, proqramda P. Çaykovski “Elegiya”, S. Barber simli orkestr üçün “Adagio”, E. Elgar simli orkestr üçün Serenada, (op. 20), C.Nielsen "Kiçik süita” (op. 1, üç hissədə) və R. Strauss-un səs və simli orkestr üçün “Səhər” (op. 27) əsəri istedadlı vokalçı İslama Abdullayevanın iştirakı ilə səsləndirilib. Eyni zamanda konsert zamanı dirijor çıxış edərək, proqramda yer alan əsərlərin bəstəkarların yaradıcılığının yetkin dövrünə aid olduğunu vurğulayıb və orkestr musiqiçilərinin gənc olmasına baxmayaraq, bu qədər dərin emosional məzmunlu proqramı böyük ustalıqla və yüksək peşəkarlıqla təqdim etməsini yüksək dəyərləndirib.

Tədbir dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb, konsert zaldakı auditoriyada dərin bədii-estetik təəssürat yaradıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью