Kameralar qarşısında yıxıldı Foto

14.11.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Harri Potter” filmlərinin ulduzu, aktrisa Emma Uotson Los-Ancelesdə keçirilən məclisdən çıxarkən yıxılıb.

Axşam.az xəbər verir ki, 36 yaşlı sənətçinin başına gələn hadisə “GQ Men of the Year” tədbirinin keçirildiyi “Chateau Marmont” hotelinin qarşısında yaşanıb.

“Daily Mail”in məlumatına görə, aktrisa pərəstişkarlarından birinin ona sevimli aktrisası olduğunu dediyi an tarazlığını itirərək yerə yıxılıb. Bu zaman avtoqraf almaq istəyən şəxslərdən birinə də az qala toxunub. Ətrafdakılar dərhal ona kömək etməyə çalışıblar.

Emma qısa müddət sonra ayağa qalxaraq ətrafdakılardan üzr istəyib və avtomobilinə doğru yoluna davam edib.

Qeyd edək ki, aktrisa avqustun ortalarında İbizada gənc məşqçi ilə rəqs edərkən görüntülənmişdi. Mart ayında isə paparatsilər onu hava limanında iş adamı Qonsalo Hevia Bayereşlə öpüşərkən lentə almışdı. Cütlük ilk dəfə 2025-ci ilin sonunda Kurşeveldəki xizək kurortunda birlikdə görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью