Kameranı görüb velosipedçiyə hücum etdilər: 12 800 manat cərimələndi VİDEO

26.08.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Türkiyənin Rizə şəhərində yolda hərəkətdə olan velosipedçi ilə avtomobil sürücüsü arasında mübahisə əlbəyaxa davaya çevrilib.

Avtosfer.az Haber7-ə istinadla xəbər verir ki, hadisə velosipedçinin dəbilqəsindəki kamera ilə lentə alınıb.

Velosipedçi avtomobilin onu sıxışdırdığını bildirərək sürücüyə xəbərdarlıq edib və polis çağırmağı təklif edib. Bundan sonra avtomobildən düşən sürücü və sərnişin velosipedçiyə hücum edib. Ətrafdakı mağaza sahibləri müdaxilə edərək tərəfləri ayırıblar.

Şikayət əsasında sürücü və sərnişinə ümumilikdə 360 min lirə (12 800 manat) inzibati cərimə tətbiq olunub. Sürücünün vəsiqəsi 2 ay müddətinə alınıb, avtomobil isə 60 gün müddətinə yol hərəkətindən kənarlaşdırılıb.

Nigar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью