Kamerasız ağıllı eynək təqdim ediləcək

16.09.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Qahirə, 16 sentyabr, AZƏRTAC

“Meta Platforms” şirkəti “Luna” adlandırılan kamerasız ağıllı eynəyi bu ilin payızında təqdim etməyi planlaşdırır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, yeni model ağıllı eynəklərin çəkiliş imkanları ilə bağlı artan ictimai marağa cavab olaraq hazırlanır.

Məlumata görə, “Luna” modelində istifadəçinin şirkətin “Meta AI” çatbotu və bu yaxınlarda təqdim edilmiş istehlakçılar üçün nəzərdə tutulan “Muse” süni intellekt agenti ilə danışmasına imkan verən altı daxili mikrofon olacaq.

Eynəyin yan hissəsində “Meta AI” funksiyasını sürətli şəkildə aktivləşdirmək üçün düymə, həmçinin şirkətin mövcud modellərində istifadə olunanlara bənzər dinamiklər yerləşdiriləcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью