Kamerun millisindən kənar: Abubakar “Neftçi”də qalır

02.12.2025

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kamerun millisinin Afrika Millətlər Kuboku üçün heyəti açıqlanıb. Sport24.az xəbər verir ki, "Neftçi"nin futbolçusu Vensan Abubakar 28 oyunçudan ibarət siyahıda yer almayıb.
33 yaşlı hücumçu sözügedən turnirdə iştirak etməyəcək. Bu isə o deməkdir ki, məşhur forvard ilin sonunadək "ağ-qaralar"ın heyətində bütün matçlarda meydana çıxa biləcək və qış toplanışında komandada ilə birlikdə olacaq.
Qeyd edək ki, Afrika Millətlər Kuboku 21 dekabrda 18 yanvaradək Mərakeşdə təşkil olunacaq. Abubakar Kamerun millisində meydana çıxdığı 116 matçda 45 qola imza atıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью