Kamerun millisinin forvardı ABŞa üz tutdu

19.12.2024

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kamerun millisinin forvardı Erik Çupo-Motinq karyerasını ABŞ-da davam etdirəcək. Sport24.az xəbər verir ki, təcrübəli hücumçu "Nyu-York Red Bullz"la anlaşıb.

Bu barədə MLS klubunun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı futbolçu ilə müqavilə müddəti 2026-cı ilin sonuna qədər nəzərdə tutulub. Çupo-Motinq hazırda iş vizasının çıxmasını gözləyir. 

Qeyd edək ki, kamerunlu daha əvvəl "Hamburq", "Nürnberq", "Maynts", "Şalke", "Stok Siti", "Bavariya", PSJ klublarında oynayıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью