Kamerun prezidenti iki aydır ölkə xaricindədir Reuters

10.08.2026

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kamerunun 93 yaşlı prezidenti Pol Biya artıq iki aya yaxındır ölkə xaricindədir. 1982-ci ildən dövlət başçısı postunu tutan Biya iyunun 7-də qısa şəxsi səfər məqsədilə Avropaya gedib və o vaxtdan ölkəyə qayıtmayıb.

Bizimyol.info xəbər verir ki, bununla belə, “Reuters” agentliyinin məlumatına görə, Biya avqustun 3-də ölkənin ali hərbi rəhbərliyində genişmiqyaslı dəyişikliklər həyata keçirib. Dövlət başçısı beş birləşdirilmiş hərbi dairədən dördünün komandirini dəyişib və Çevik Reaksiya Qüvvələrinə yeni rəhbər təyin edib.

Bundan başqa, Prezident Qvardiyasının rəhbəri polkovnik rütbəsindən briqada generalı rütbəsinə yüksəldilib. Dəyişikliklər motoatıcı briqadaların komandanlığını da əhatə edib. Müvafiq sərəncamlar dövlət radiosunda elan olunub.

Biyanın uzun müddət ölkə xaricində qalması onun səhhəti ilə bağlı müxtəlif ehtimalların yayılmasına səbəb olub. Kamerun hökumətinin nümayəndəsi Rene Emmanuel Sadi daha əvvəl prezidentin sağ olduğunu və yaxın vaxtlarda ölkəyə qayıdacağını bildirib.

93 yaşlı Pol Biya hazırda dünyanın hakimiyyətdə olan ən yaşlı prezidenti, hakimiyyətdə qalma müddətinə görə isə Ekvatorial Qvineya Prezidenti Teodoro Obianq Nqema Mbasoqodan sonra ikinci ən uzun müddət vəzifədə olan dövlət başçısıdır.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью