Kamerunda qayıq qəzası nəticəsində azı 20 nəfər ölüb

29.11.2024

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Kamerunun ucqar şimal bölgəsində cümə axşamı günü baş verən qayıq qəzası nəticəsində azı 20 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Sinxua agentliyi hadisə şahidlərinə və təhlükəsizlik orqanlarındakı mənbələrə istinadla məlumat yayıb. Qayığın Darak adasından sərnişin daşıyarkən qəzaya uğradığı bildirilir.

Yerli mediada yayılan məlumata görə, xilasetmə işləri davam edir və ölənlərin sayının arta biləcəyi istisna olunmur. Hüquq-mühafizə orqanları qəzanın səbəbləri ilə bağlı rəsmi araşdırmaya başlayıblar.

Kamerunun şimal bölgəsində həddindən artıq yüklənmə, daşıma qaydalarının pozulması və pis hava şəraiti səbəbindən gəmi qəzaları tez-tez baş verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью