Kamerunun 92 yaşlı prezidenti yenidən seçilmək üçün namizədliyini irəli sürür

14.07.2025

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kamerunun hazırkı prezidenti Paul Biya 12 oktyabr 2025-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olduğunu açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə "X" hesabında yazıb.

"Əmin olun ki, mənim sizə xidmət etmək əzmim üzləşdiyimiz problemlərin ağırlığına mütənasibdir", - deyə o bildirib.

92 yaşlı Biya 1982-ci ilin payızından bəri 43 il dövlət başçısıdır.

Kamerunda prezident seçkiləri bu il oktyabrın 12-nə təyin edilib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью