Kamerunun meşə və vəhşi təbiət naziri: COP29 konfransı çox yaxşı təşkil olunub AZƏRTAC

15.11.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 15 noyabr, AZƏRTAC

Bu gün COP29-da iştirak etməkdən çox şadam. Konfrans çox yaxşı təşkil olunub. COP29-un keçirildiyi ərazidə asanlıqla hərəkət edə bilirik.

Bunu AZƏRTAC-a açıqlamasında Kamerunun meşə və vəhşi təbiət naziri Ndongo Jules Doret deyib.

“Ölkəmizdə üzləşdiyimiz iqlim problemlərindən biri qeyri-qanuni ağackəsmə və heyvanlara qarşı ovdur. Biz faunanı və onların yaşayış mühitini qorumalıyıq. Ümid edirik ki, COP29-un sonunda problemimizi həll etmək və daha çox maliyyə yardımı almaq üçün tərəfdaşlarla, donorlarla əlaqə qura biləcəyik. Bununla da təbii ehtiyatların davamlı idarə olunmasına və qorunmasına öz töhfəmizi vermiş olacağıq", - deyə kamerunlu nazir qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью