Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“O vaxt həbs olunmuşdum. Bu gün geriyə baxanda etdiyim hərəkətə də, o əməlimə də çox peşman oluram. Həmin günləri xatırlayanda həmişə öz-özümə deyirəm ki, kaş belə olmazdı”.
Demokrat.az xəbər verir ki, bunu "Space TV"nin verilişi olan "Zarafat Bir Yana" layihəsinin qonağı olan Kamil Zeynallı izləyicinin ona ünvanladığı suala cavab olaraq bildirib.
Kamil Zeynallı deyib ki, dostunun nişanlısını narahat etmişdilər:
“Biz də iki nəfər gedib məsələni sakit şəkildə həll etmək istədik. Demək istədik ki, üzr istənsin və söhbət bununla bitsin. Amma hadisələr başqa cür inkişaf etdi. Orada dava düşdü.
Məni boynumun arxa hissəsindən vurmuşdular. Huşum özümdə deyildi, başım gicəllənmişdi, nə etdiyimi tam dərk etmirdim. Sonradan axşam gedib özüm təslim oldum. Həbs olundum. Təxminən bir ilə yaxın müddət keçdi. O vaxt şərti azadlığa buraxıldım. Məhz həmin dövr həyatımın dönüş nöqtəsi oldu”.
O qeyd edib ki, həbsdə olduğu müddətdə çox şeyi düşünüb, həyatını yenidən gözdən keçirib:
“Bu gün hətta deyirəm ki, bəlkə də o hadisə mənim üçün bir dərs oldu. Orada fikirlərimi topladım, həyata baxışım dəyişdi. Başa düşdüm ki, belə həyatın sonu yoxdur və insan bacardığı qədər bu yollardan uzaq durmalıdır. Azadlığa çıxandan sonra işləməyə, halal zəhmətlə pul qazanmağa başladım.
Anamın göz yaşları məni çox düşündürürdü. Mən onun övladıyam və yaşadıqlarım ən çox ona təsir etmişdi. Allah heç kəsə belə gün göstərməsin.
Həbsdən sonra həyatım tamamilə dəyişdi. İşləməyə, qazanmağa, qarşıma çıxan çətinlikləri geridə qoymağa çalışdım. Şükür Allaha ki, bunu bacardım. Həmin hadisədən sonra həyatımda əsl dönüş başladı”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, bunu "Space TV"nin verilişi olan "Zarafat Bir Yana" layihəsinin qonağı olan Kamil Zeynallı izləyicinin ona ünvanladığı suala cavab olaraq bildirib.
Kamil Zeynallı deyib ki, dostunun nişanlısını narahat etmişdilər:
“Biz də iki nəfər gedib məsələni sakit şəkildə həll etmək istədik. Demək istədik ki, üzr istənsin və söhbət bununla bitsin. Amma hadisələr başqa cür inkişaf etdi. Orada dava düşdü.
Məni boynumun arxa hissəsindən vurmuşdular. Huşum özümdə deyildi, başım gicəllənmişdi, nə etdiyimi tam dərk etmirdim. Sonradan axşam gedib özüm təslim oldum. Həbs olundum. Təxminən bir ilə yaxın müddət keçdi. O vaxt şərti azadlığa buraxıldım. Məhz həmin dövr həyatımın dönüş nöqtəsi oldu”.
O qeyd edib ki, həbsdə olduğu müddətdə çox şeyi düşünüb, həyatını yenidən gözdən keçirib:
“Bu gün hətta deyirəm ki, bəlkə də o hadisə mənim üçün bir dərs oldu. Orada fikirlərimi topladım, həyata baxışım dəyişdi. Başa düşdüm ki, belə həyatın sonu yoxdur və insan bacardığı qədər bu yollardan uzaq durmalıdır. Azadlığa çıxandan sonra işləməyə, halal zəhmətlə pul qazanmağa başladım.
Anamın göz yaşları məni çox düşündürürdü. Mən onun övladıyam və yaşadıqlarım ən çox ona təsir etmişdi. Allah heç kəsə belə gün göstərməsin.
Həbsdən sonra həyatım tamamilə dəyişdi. İşləməyə, qazanmağa, qarşıma çıxan çətinlikləri geridə qoymağa çalışdım. Şükür Allaha ki, bunu bacardım. Həmin hadisədən sonra həyatımda əsl dönüş başladı”.
@zarafatbiryanaDemokrat.az“Zarafat Bir Yana” Ardı Youtubda
♬ orijinal ses - Zarafat Bir Yana