Kamil Zeynallıdan TƏHLÜKƏLİ hərəkətlər: İlanı öpüb... VİDEO

17.01.2025

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Hər zaman enerjisi və qeyri-adi paylaşımları ilə seçilən tanınmış fitness məşqçisi Kamil Zeynallı bu dəfə də izləyicilərinə unudulmaz anlar yaşadıb.

Milli.Az xəbər verir ki, Zeynallı "Instagram" hesabında ağ ilan balası ilə çəkilmiş maraqlı video yayımlayıb. Videoda məşqçi ilanla rahat şəkildə oynayır, onu öpür və hətta paltarının içinə salır.

Kamil paylaşımına bunları yazıb:"Anakonda balası! 4-5 metrə kimi uzanır".

Video qısa müddətdə izləyicilərin diqqətini çəkib. Şərhlərdə isə çoxları bu görüntülərdən qorxduğunu etiraf edib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью