Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, o, anasının “Laçın” mahnısını ifa etdiyi kadrları öz sosial media hesabında paylaşıb:
“Sən mənə lap uşaqlıqdan doğruluqdan və dürüstlükdən heç vaxt şübhə etmədən, başı uca və məğrur yaşamağı öyrətdin. O böyük ürəyinə, əhvalından asılı olmayaraq, dünyaları sığdırdın. Tanıdığım ən böyük vətən sevdalısı. Dilini, dinini, tarixini, bayrağını, ədəbiyyatını, musiqisini bütün qəlbinlə sevdin. Hər gözəl hekayədə səni görəcəyəm, hələlik...”. Toyuqlu pizza