Kamilo Duran Azərbaycan bayrağını gördü və… Video

06.11.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video

UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən “Seltik” – “Beşiktaş” matçından (3:2) sonra maraqlı hadisə yaşanıb.

QOL.az xəbər verir ki, Şotlandiya klubunun kolumbiyalı hücumçusu Kamilo Duran azərbaycanlı azarkeşə jest edib.

O, qarşılaşma başa çatdıqdan sonra əlində ölkəmizin bayrağı olan Qlazqo Universitetinin tələbəsinin çağırışını diqqətsiz qoymayıb.

Futbolçu azərbaycanlı gəncə yaxınlaşaraq öz formasını ona hədiyyə edib.

Qeyd edək ki, “Qarabağ”ın sabiq hücumçusu olan Kamilo Duran sözügedən görüşdə 2 qol vuraraq komandasının qələbəsində əsas rol oynayıb.

View this post on Instagram

A post shared by QOL.az - Football/sports news (@qolaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью