Kamilo Duran Kolumbiya millisində debüt etdi

04.10.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Futbol üzrə Kolumbiya millisinin və Şotlandiyanın “Seltik” klubunun hücumçusu Kamilo Duran yığmada debüt edib.

İdman.Biz xəbər verir ki, Duran Paraqvaya 0:1 hesabı ilə uduzduqları yoldaşlıq oyununda 87-ci dəqiqədə Con Ariasın əvəzinə meydana daxil olub. Hücumçu son dəqiqələrdə fəal görünsə də, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Kolumbiyalı azarkeşlər futbolçunun çox az oyun vaxtı almasından narazı qalıblar. Onlar Duranın milliyə uzun səfərə çağırılmasına baxmayaraq, cəmi bir neçə dəqiqə meydanda olmasını tənqid ediblər.

Kolumbiya millisinin növbəti oyunu oktyabrın 6-da Peruya qarşı olacaq.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью