Kamilo Duran: “Komandamızla fəxr edirəm” VİDEO

26.02.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Qarabağ”ın futbolçusu Kamilo Duran komandasının UEFA Çempionlar Liqasındakı çıxışını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, kolumbiyalı hücumameyilli yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“Bu tarixi hadisənin bir hissəsi olduğum üçün Tanrıya minnətdaram. Dəstəklərinə görə azarkeşlərə, mesajlara görə isə hamıya təşəkkür edirəm. Sona qədər mübarizə apardıq. Komandamızla fəxr edirəm”, - deyə vinger bildirib.

Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsində “Nyukasl”a hər iki oyunda (1:6, 2:3) uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью